Türkiyə Superliqasının ən önəmli derbilərindən biri nəhayət baş tutub.
Oxu.Az xəbər verir ki, İstanbulda “Türk Telekom” arenada “Qalatasaray” və “Fənərbaxça” klubları üz-üzə gəlib.
Qarşılaşma elə başladığı kimi - 0:0 hesabı ilə bitib.
Sevimli komandalarına dəstək olmaq üçün “Qalatasaray”ın azərbaycanlı azarkeşləri “ASK Arena”da möhtəşəm ab-hava yaradıblar.
“Fənərbaxça”nın fanatları da komandalarını dəstəksiz qoymayıb.
Baku Tv hər iki klubun pərəstişkarlarının toplaşdığı məkanlardan hazırladığı video sujeti təqdim edir.