Alim, sənətkar, mütəxəssis, hətta yaxşı insan olmağın yolu da məktəbdən keçir. Bu gün sənəti müqəddəs, sözü həqiqət, adı uca, əməyi əvəzsiz, bütün bəşəriyyətin hörmətlə anıb, sevdiyi müəllimlərin günüdür.
Bu günün özəlliyini tələbələri arasında böyük sevgi, hörmət qazanmış Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın dilindən eşitmək istədik.
“Mən öz tələbələrimi də müəllimim hesab edirəm”, - deyən Kamal Abdulla müəllimləri şərəfli, vətənə, millətə sədaqətli biri kimi görmək istədiyini qeyd edib.
Kamail Abdulla universitetdə əsasını qoyduğu “Bir günlük xəlifə” ənənəsindən də danışıb.
Daha ərtraflı videomüsahibəni təqdim edirik:
Billurə Mikayıllı
VİDEO: Musa Vladimir