Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Belarusun paytaxtı Minskdə MDB hökumət başçıları şurasının iclası keçirilir.
40 yaşlı kişi avtomatla kilsəyə toplaşanlara atəş açdı. Birləşmiş Ştatların Miçiqan ştatında həlak olanların sayı artdı.
Qəzzaya Toni Bleyer rəhbərlik edəcək? Netanyahunun nəzarətə götürdüyü ərazilər Mahmud Abbasa verilə bilər.
Əməkdar artist Cabir İmanov dünyasını dəyişdi. Yaxınları onun vəfatı ilə bağlı dərin kədər hissini Baku TV ilə bölüşdülər.
Sumqayıtda avtobus alışıb yandı. Yanğın barədə hadisə şahidləri danışdılar.
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: