Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yeni Günəşli sakinləri baxımsız qalan parkdan şikayətlənirlər: "İstirahətimiz üçün heç nə yoxdur"
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən "Ana-bala" adlanan park baxımsız vəziyyətdədir.
Ərazidə 2011-ci ildən təmir işlərinə başlanılsa da, 13 ildir rayonun ən böyük parklarından birində heç bir iş görülməyib.
Sakinlər deyirlər ki, illər əvvəl onlara ərazidə "Günəşli istirahət mərkəzi"nin yaradılacağı barədə məlumat verilib. Layihəyə əsasən, istirahət mərkəzində fəvvarələr meydanı, uşaq bağçası, ahıllar bağı, skeyt stadionu tikilməli idi. Lakin həmin vaxt parka tikinti işləri üçün gətirilən materiallar elə qoyulduğu kimi də ortalıqda qalıb.
Vətəndaşlar asudə vaxtlarını keçirmək üçün Yeni Günəşlidə yerləşən yeganə parkın mövcud vəziyyətindən narazıdırlar.
"90-cı ildən burada yaşayıram. Parkda dəfələrlə təmir işlərinə başlayıb, dayanıblar. Deyirlər ki, guya pul qurtarıb, amma gələcəkdə təmirə davam ediləcək. Hazırda Günəşlidə asudə vaxt keçirmək üçün bir yer yoxdur", - deyə sakin gileylənib.
Ətraflı Baku TV-nin süjetində:

"Suraxanı rayonu" teqi üzrə xəbərlər
- Paytaxtda məktəbin qarşısında qadının ŞAH DAMARINI KƏSDİLƏR
- Bakıda 89 yaşlı kişi və arvadı faciəli şəkildə öldülər
- Bakıda Duzlu göl ərazisində ACINACAQLI VƏZİYYƏT
- Binə kəndinin sakinlərinin yol problemi: "Asfalt çəkməyə pulları yoxdursa, ÇINQIL TÖKSÜNLƏR"
- "Kanalizasiya qoxusundan boğuluruq" - Suraxanıdan ŞİKAYƏT