Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![10 aylıq Əsma ağır yanıq xəsarətləri alıb: Təcili dəstəyə ehtiyacı var](https://images.oxu.az/2025/02/16/MoxZQvASOenmKEPXRXZImZr6gTUVyOwgptp0VuJn:1200.webp)
10 aylıq Əsma ağır yanıq xəsarətləri alıb: Təcili dəstəyə ehtiyacı var
10 aylıq Əsmanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aida Ataşova məlumat verib.
O bildirib ki, övladı dekabr ayında ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb:
"Biz Sabirabad rayonunda yaşayırıq. Əsma 10 aylıqdır. O, dekabrın 5-də iməkləyərək süfrəni üzərinə dartdı. Bu zaman stolun üstündəki qaynar termos onun üzərinə aşdı. Əsmanın hər iki ayağı yanıb. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir aydan çox orada müalicə aldıq".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"İnanın, əlimizdə olanı xərcləmişik. Hazırda müalicələri davam etdirməyə heç gücümüz qalmayıb. Vəziyyətimiz o qədər ağırdır ki, rayona qayıtmağa pul tapa bilməyib, borc almışıq. Hazırda övladımın müalicəsi üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 791-34-60.
"Kapital Bank": 4169 7388 6465 0415.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- On yaşlı Yağmurun iki günü qalıb: Təcili əməliyyat olunmalıdır
- Məryəmin sizin köməyinizə ehtiyacı var: 2 yaşlı körpənin gülüşünü solmağa qoymayaq
- Bağırsaqlarının 90 faizi çıxarılan Zəhranın müalicə üçün köməyə ehtiyacı var
- Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
- 32 günlük körpənin anası imdad diləyir: "Uşağa yemək almağa belə çətinlik çəkirik"