11001 gəncin bir yerdə öyrənib əylənəcəyi IB Gənclər Festivalına 18 gün qalmış tədbirin aparıcıları bəlli olub.
Oxu.Az xəbər verir ki, ölkənin tanınmış simaları Hüsniyyə Məhərrəmova və Murad Arif gənclərə festival həyəcanını ötürməyə çalışacaqlar.
Festivalın digər məşhur qonaqları yaxın günlərdə elan olunacaq.
25 iyun tarixində “Bakcell Arena”da reallaşacaq Festival IB Club Gənclər Mərkəzi və Neftçi PFK-nın təşkilatçılığı ilə baş tutacaq.
Festivalda nələr olacaq?
- Ölkənin tanınmış və gənclərin sevimlisi olan şəxslərin çıxışları;
- Sevdiyiniz müğənnilərin ifası (Elnur Məmmədov, Rauf və digər);
- Gənclər dalğası (flaşmob);
- Sizinlə birlikdə oxuyacağımız 11 001-lik ilk milli xor;
- Dj-lərin təqdimatında möhtəşəm diskoteka;
- Stadion ətrafı boyunca müxtəlif əyləncə tədbirləri;
Bütün bunların hamısı, tamamilə ödənişsizdir.

Təşkilati dəstək “ASAN Könüllüləri” Təşkilatı, “YAP” Gənclər Birliyi, kreativ dəstək “Brandup” Digital Agency, media dəstəyi Caspian Development Bank, Cinema Plus, Milla, Mayak Book House, Başkentdir.
IB Gənclər Festivalının bir parçası olmaq üçün ibgenclerfestivali.az saytından qeydiyyatdan keçib biletinizi əldə edə bilərsiniz.
Ətraflı məlumat: https://www.facebook.com/IB.gencler.festivali/timeline
Seçilmiş şəxslərin siyahısı “IB Gənclər Festivalı” səhifəsindən və saytından mütəmadi olaraq açıqlanacaq. Seçilmiş şəxslər dəvətnamələri IB Club ofisindən götürməlidir. Təhlükəsizlik və iştirakçıların yerlərinin nizamlı təmin olunması üçün iştirak yalnız dəvətnamə ilə mümkündür.
Eyni zamanda IB Club baş ofisi və 1 Saylı ASAN Xidmətə yaxınlaşıb qeydiyyatdan keçib dəvətnaməni əldə edə bilərsiniz.
Aytən Sadıqzadə
www.oxu.az