Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
12-ci mərtəbədən yıxılan yeniyetmənin həyatı xilas edildi
Yaşadıqları binanın 12-ci mərtəbəsindən yıxılan və 10 gün komatoz vəziyyətdə (koma) qalan yeniyetmənin həyatı həkimlər tərəfindən xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 01.10.2024-cü il tarixində saat 14 radələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən kəskin ağır vəziyyətdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 2013-cü il təvəllüdlü oğlan zamanında göstərilən tibbi müdaxilə nəticəsində sağ qalıb:
"Tibb müəssisəsinin Təcili yardım şöbəsinə yerləşdirilən yeniyetməyə ağır müştərək travma (qapalı kəllə-beyin travması, subaraxnoidal qansızma, kəllə sümüyünün sınığı, döş qəfəsinin kontuziyası, sağtərəfli pnevmotoraks, sağ bazu və sağ bud sümüyün başının sınığı, posttravmatik şok, posthemorragik şok) diaqnozları təyin edilib.
14 gün ərzində tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi aparılan yeniyetmə artıq koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas olub.
Hazırda vəziyyəti kifayət qədər stabil qiymətləndirilən yeniyetmənin müalicəsi tibb müəssisənin Neyrotravma şöbəsində davam etdirilir".
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- İmişlidəki qəzada xəsarət alan məktəbli DÜNYASINI DƏYİŞDİ
- Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşının son vəziyyəti AÇIQLANDI
- Zaqatala xəstəxanasına yeni baş həkim TƏYİNATI
- Xaçmazda iki yük avtomobilinin toqquşması nəticəsində xəsarət alan şəxs VƏFAT ETDİ
- Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib
Rəylər