Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

13 yaşlı İbrahim təcili əməliyyat olunmalıdır
13 yaşlı İbrahimin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Nəzakət Abdullayeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir:
"İbrahimin 13 yaşı var. O, anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən vəziyyəti ilə bağlı daim müalicələr və masajlara aparmışıq. Hazırda uşağın vəziyyəti lap ağırlaşıb, qıcolmaları artıb. İbrahim 3 yaşında əməliyyat keçirib, hazırda müalicələr fayda vermədiyi üçün yenidən əməliyyat olmalıdır. Onun əməliyyatı üçün 1 500 manata ehtiyacımız var".
Gənc ana İbrahimdən başqa, üç uşağının olduğunu deyib:
"Bizim İbrahimdən başqa, daha üç uşağımız var. Mən uşağın vəziyyətinə görə işləyə bilmirəm, yoldaşım isə günü 15 manata fəhləlik edir. Hazırda vəziyyətimiz çox ağırdır. Həm xəstə uşaq, həm gündəlik xərcləri qarşılamaq, inanın, o məbləğlə imkansızdır. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 271-25-24.
Azərbaycan Beynəlxalq Bankı (ABB): 5522 0993 6891 5054.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Beş il övlad həsrəti çəkən ana yardım diləyir: "Müalicə üçün dəstəyə ehtiyacımız var"
- 667 balla Dövlət İdarəçilik Akademiyasına qəbul olmuş Pərvin beyin qanaması keçirib: Kömək gözləyir
- Ağır yanıq xəsarətləri alan iki bacının dəstəyə ehtiyacı var
- 2 yaşlı körpə ölümlə mübarizə aparır - Onun sizin köməyinizə ehtiyacı var
- 17 yaşlı Röyalın anası: "Günlərdir dönər istəyir, onu belə ala bilmirəm"