Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Myanmada güclü zəlzələdə ölənlərin sayı 2 000 nəfəri keçdi
Myanmada güclü zəlzələ nəticəsində ölənlərin sayı 2 056 nəfərə çatıb.
Oxu.Az-ın "Xinhua" agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə ölkənin Dövlət İnzibati Şurası xəbər yayıb.
Bildirilir ki, zəlzələ nəticəsində daha 3.9 min nəfər yaralanıb, 270 nəfər itkin düşmüş hesab olunur.
Qeyd edək ki, Myanmada faciə ilə əlaqədar 31 mart - 6 aprel tarixlərində milli matəm elan edilib.
Xatırladaq ki, martın 28-də Myanma ərazisində güclü zəlzələ baş verib. Tailand meteorologiya departamentinin məlumatına görə, onun maqnitudası 7.9 təşkil edib. Zəlzələdən həmçinin Tailand zərər çəkib, təkanlar Çin və Vyetnamda da hiss edilib.