Myanmada baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 3 689 nəfərə çatıb, yaralananların sayı isə 5 000 nəfərdən çoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumat Myanmanın rəsmi orqanları tərəfindən təsdiqlənib.
Myanma Dövlət İdarəetmə Şurasının məlumatına görə, martın 28-də baş vermiş güclü zəlzələ nəticəsində 5 020 nəfər yaralanıb, 139 nəfər isə itkin düşüb.
Qeyd edək ki, 7.7 bal gücündə baş verən zəlzələ beş qonşu ölkədə də hiss edilib.