Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Myanmada daha bir zəlzələ baş verib
Myanma ərazisində 5.0 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir.
Bildirilir ki, episentr 177 min nəfərin yaşadığı Meythila şəhərindən şimal-şərqə 33 km məsafədə, ocaq isə 35 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, martın 28-də Myanma ərazisində güclü zəlzələ baş verib. Tailand Meteorologiya Departamentinin məlumatına görə, onun maqnitudası 7.9 gücündə olub. Son məlumatlara görə, Myanmada güclü zəlzələdə ölənlərin sayı 3600 nəfərə çatıb, 5 mindən çox insan xəsarət alıb.
Təbii fəlakət Tailanda da təsir edib, yeraltı təkanlar Çin və Vyetnamda hiss olunub.