Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Myanmada güclü zəlzələ: Ölən və yaralananların sayı artıb
Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, 700-dən çox insan yaralanıb.
Həmçinin bildirilir ki, Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı beş nəfərə çatıb, 117 nəfər itkin düşüb. Tailandın meteorologiya departamenti Myanmada baş verən zəlzələdən sonra ümumilikdə 27 yeraltı təkan qeydə alıb.
Myanma və Tailandda zəlzələ nəticəsində azı 28 nəfər həlak olub.
Oxu.Az bu barədə "The New York Times" nəşrinə istinadla xəbər verir.
Məlumata görə azı 300 nəfər xəsarət alıb. Həmçinin itkin düşənlər var.
Myanmanın Mandalay şəhərində yerləşən "Şve Pho Şeyn" məscidi ölkədə baş verən güclü zəlzələlər nəticəsində tamamilə dağılıb.
Oxu.Az bu barədə yerli mediaya istinadla xəbər verir.
Məlumata görə, hadisə zamanı məsciddə Ramazan ayı ilə əlaqədar etikafda olan azı 20 nəfər həyatını itirib.
Taunqu şəhərində məktəbdə dağıntılara görə 20-dən çox uşaq binada çarəsiz qalıb.
Bundan başqa şəhərdə monastır binası uçub, hadisə nəticəsində beş uşaq və bir rahib həlak olub.
Tailandın baş naziri Phetthongthan Çinavat şəhərdə fövqəladə vəziyyət rejimi elan edib.
Myanmada İravadi çayı üzərindəki körpü güclü zəlzələ nəticəsində uçub.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Myanmar Now" portalı xəbər verib.
Söhbət ölkənin ikinci ən böyük şəhəri olan Mandalayin şəhərətrafı ərazisini Saqayn şəhəri ilə birləşdirən, ümumi uzunluğu 1 km-dən çox olan körpüdən gedir.
Yayımlanan görüntülərdə körpünün ən azı beş aşırımının uçduğu görünür.
Qeyd edək ki, Çin seysmoloji idarəsi zəlzələnin 7.9 bal gücündə olduğunu xəbər verib.
Yeri gəlmişkən güclü zəlzələdən sonra Tailandda hava limanları fəaliyyətini dayandırıb. Banqkokda isə çoxmərtəbəli binanın uçqunu altında 40-dan çox işçi qalıb.
Myanmada 7.7 bal gücündə zəlzələ baş verib.
Oxu.Az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər yayıb.
Məlumata görə, episentr təxminən 1.2 milyon nəfərin yaşadığı Mandalay şəhərindən 17 km qərbdə yerləşib. Ocaq 10 km dərinlikdə olub.
Sosial şəbəkələrdə yayılan məlumata görə, güclü yeraltı təkanlar Banqkokda (Tailand) hiss edilib. Şahidlər zəlzələ zamanı Banqkokda tikilməkdə olan çoxmərtəbəli binanın dağıldığını bildiriblər. Şəhərdə çoxmərtəbəli binalardan təxliyə elan edilib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, təkanlar həmçinin Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss edilib.
"Myanmada güclü zəlzələ" teqi üzrə xəbərlər
- Myanmada ölənlərin sayı 1700 nəfəri ötdü: 3400-dən çox insan xəsarət alıb, itkin düşənlər var
- III Çarlz xəstəxanaya yerləşdiridikdən sonra ilk bəyanatını verdi
- Myanmada ölənlərin sayı 1600 nəfəri ötdü: 3400-dən çox insan xəsarət alıb, itkin düşənlər var
- Tailandda zəlzələ nəticəsində ölənlərin sayı artdı
- Tailand və Myanmadakı zəlzələdə azərbaycanlılar xəsarət alıblar? - RƏSMİ