Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![13 yaşlı İbrahimin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var](https://images.oxu.az/2025/02/11/2HcwCRXlLJEucA203VGV9ZE8te4eYvFM7uxoFxPW:1200.webp)
13 yaşlı İbrahimin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
13 yaşlı İbrahimin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Nəzakət Abdullayeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir:
"İbrahimin 13 yaşı var. O, anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən vəziyyəti ilə bağlı daim müalicələr və masajlara aparmışıq. Hazırda isə son dövrlər maddi imkanımız çatmadığı üçün nə masaja apara bilirik, nə də dərmanlarını vaxtlı-vaxtında ala bilirik. Belə olan halda isə uşağın vəziyyəti lap ağırlaşır, qıcolmaları artır. Hazırda İbrahimin müalicələrini və reabilitasiyalarını edə bilmək üçün 1 000 manata ehtiyacımız var".
Gənc ana İbrahimdən başqa üç uşağı olduğunu deyib:
"Bizim İbrahimdən başqa daha üç uşağımız var. Mən uşağın vəziyyətinə görə işləyə bilmirəm, yoldaşım isə günü 15 manata fəhləlik edir. Hazırda vəziyyətimiz çox ağırdır. Həm xəstə uşaq, həm gündəlik xərcləri qarşılamaq, inanın, o məbləğlə imkansızdır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 271-25-24.
"Kapital Bank": 5522 0993 6891 5054.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- 13 yaşlı Zəhra ölümlə mübarizə aparır: Dəstəyə ehtiyacı var
- İki yaşlı Asunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Ağır yanıq xəsarətləri alan iki bacının dəstəyə ehtiyacı var
- Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Azyaşlı övladları olan ana ölümlə mübarizə aparır: Artıq uşaqlarını da tanımır
Rəylər