Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

13 yaşlı Səbinə xərçənglə mübarizə aparır - FOTO
Fətəliyeva Səbinə Nicat qızı leykozdan əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Fətəliyeva Həbibə məlumat verib.
O bildirib ki, 13 yaşlı qızı 2021-ci ilin mart ayından xərçənglə mübarizə aparır.
“Qızım Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alır. Xəstəxana tərəfindən yazılan dərmanları almaq üçün isə maddi vəziyyətimiz imkan vermir. Səbinə üçün ilik köçürülməsinə hələ ki ehtiyac olmasa da, onun ağırlaşmaması üçün daimi müalicə yazılmalıdır. İmkanlı şəxslərdən xahiş edirəm, bizə kömək etsinlər”.
Ən çox oxunanlar