Dünən Xaçmaz rayonunda bir nəfər dənizdə boğularaq ölüb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xaçmaz rayonu, Müqtədır qəsəbəsində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 500 m aralı, nəzarətsiz ərazidə) 2000-ci il təvəllüdlü Abbasov Kamran Tofiq oğlu suda batması haqqında məlumat daxil olub.
K.Abbasovun cəsədi “Şimal” Dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 21:52-də başa çatıb.
E.Ə.
www.oxu.az