Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

16 otaqlı ev kül oldu
Bu gün Hacıqabul rayonunda yanğın hadisəsi olub.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Abdulabad kəndində ümumi sahəsi 900 kvadratmetr (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli 16 otaqlı ev yanıb.
Hadisə nəticəsində yanar konstruksiyaları 800 m² sahədə, evə bitişik, ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və ümumi sahəsi 90 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Evin və tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Kürdəxanıda obyekt yanır
- Moskvada ticarət mərkəzində baş vermiş yanğın söndürülüb
- FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı sürücülərə müraciət edib
- Yanğınların artmasının səbəbləri: Ehtiyatsızlıq, ya qəsd?
- Hövsanda güclü PARTLAYIŞ: "Yanğın elə güclü idi ki, uşaqlar özlərini ikinci mərtəbədən atdılar"
Ən çox oxunanlar