Bu gün İctimai radionun yaranmasından 16 il keçir.
Radionun ilk yayımı 2006-cı il yanvarın 10-da həyata keçirilib.
İctimai radionun yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bütün ölkə üzrə həyata keçirilir və Abşeron Yarımadasında 90 FM dalğasında yayımlanır.
Radio 4 departamentlə dinləyicilərini maarifləndirir, məlumatlandırır və əyləndirir:
- Xəbərlər və analitik proqramlar departamenti;
- Elm-təhsil, Gənclik və idman departamenti;
- Musiqi və əyləncəli verilişlər departamenti;
- Ədəbiyyat və İncəsənət departamenti.
Oxu.Az kollektivi İctimai radioda çalışan həmkarlarını təbrik edir, gələcək işlərində uğurlar diləyir.