Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
17 yaşlı Türkanənin cəmi iki günü qalıb: Anası yardım diləyir
17 yaşlı Türkanənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Dinar Allahverdiyeva məlumat verib.
O bildirib ki, övladı oktyabrın 5-də təcili əməliyyat olunmalıdır:
"Türkanənin 17 yaşı var, onun yeddi yaşı olanda qulağının arxasında çürümə getdiyii öyrəndik. 10 yaşında bir dəfə, 16 yaşında isə ikinci dəfə əməliyyat keçirib, qulağına yığılan çirk təmizləndi. Hazırda Türkanə yenidən əməliyyat olunmalıdır. Biz həkimdən bunun üçün beş oktyabra qədər vaxt almışıq. Amma məbləğimiz hələ də tamamlanmayıb".
Dinar Allahverdiyeva qızının əməliyyatı üçün hazırda 2 500 manata ehtiyacları olduğunu deyib:
"Türkanənin əməliyyatı 4 000 manatdır. Bu məbləğin 1 500 manatını toplaya bilsəm də, 2 500 manatımız hələ də çatmır. Mənim yoldaşım 9 il əvvəl vəfat edib. Həmin gündən üç körpə balamla tək qalmışam. Özüm evlərə təmizliyə gedib balalarımı saxlayıram. Türkanənin cəmi iki günü qalıb, sizdən xahiş edirəm balama dəstək olun".
Ailə ilə əlaqə: (070) 621-52-92.
Kapital Bank: 4169 7388 5878 8155.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- On dörd yaşlı Mirsəyidin ayağa qalxması üçün dəstəyə ehtiyacı var
- Yeganə övladı ağır xəstəlikdən əziyyət çəkən ana: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"
- İki yaşlı Məhəmmədin dəstəyə ehtiyacı var: Ölkəyə qayıda bilmirlər
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
- Doqquz yaşlı Mələk təcili əməliyyat olmalıdır: Gecikərsə iflic ola bilər
Rəylər