Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

17 yaşlı yeniyetmə ağır xəstəliklə mübarizə aparır: 13-cü əməliyyatı üçün dəstəyə ehtiyacı var
17 yaşlı Knyazın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Turan Heydərova məlumat verib.
O bildirib ki, övladı osteoporoz xəstəliyindən əziyyət çəkir:
"Knyazın 17 yaşı var, artıq altı ildir ki, o bu ağır xəstəlikdən əziyyət çəkir. Bu illər ərzində o, 12 dəfə ağır əməliyyat keçirib, amma ayağındakı çürümə hələ də dayanmır. Biz özümüz rayonda yaşayırıq. Hazırda Bakıya həkim müayinəsinə gəlməliyik. Onun ayağındakı mil çıxarılmalıdır. Həkim Knyaza dərman yazıb, ondan üç ədəd qəbul etməlidir, dərmanın biri isə 280 manatdır".
Turan Heydərova övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Knyaz altı ildir artıq evdən çölə belə çıxa bilmir. Dərslərindən çox geri qalıb. Bu illər ərzində bəlkə 6 saat heç ayaq üstə dura bilməyib. Yaşıdları universitetə hazırlaşır, amma mənim balam yatağa məhkum qalıb. İnanın, əlimizdən nə gəlib etmişik, amma bu vəziyyətdən çıxa bilmirik. Evdə tək yoldaşım işləyir, onun maaşının da böyük hissəsi əməliyyatlar üçün aldığımız kreditlərə gedir. Knyaz dünən gecə mənə - "Ana, məktəbimi oxuya bilmədim, kaş sağalıb əsgər ola biləydim", - dedi. İnanın onun yanında ağlamamaq üçün özümü güclə saxladım. Bu 12 əməliyyat onun əsəblərini o qədər korlayıb ki, artıq söz belə eşitmək istəmir. Nə desək, bəzən çox aqressiv cavab verir. Yardımsevər şəxslərdən bizə bu çətin vəziyyətimizdə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (051) 720-10-12.
"Kapital Bank": 4169 7388 2774 4305.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Atasını itirən Həsən indi özü ölümlə mübarizə aparır: Onun sizin köməyinizə ehtiyacı var
- On yaşlı Mübarizin dəstəyə ehtiyacı var: "Ağır xəstəlikdən əziyyət çəkir"
- 9-cu sinif şagirdinin anası: "Oğlum yalvarır ki, mənə kömək etsinlər, dözə bilmirəm"
- Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Üç yaşlı Abbasın dəstəyə ehtiyacı var