Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
172 nömrəli müntəzəm marşrut xətti nəzarətə götürüldü - VİDEO
“Sərnişindaşıma qaydalarını kobud şəkildə pozan 172 nömrəli müntəzəm marşrut xətti ilə bağlı ciddi tədbirlər görüləcək”.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O bildirib ki, avtobusda normadan artıq sərnişin daşınması qadağandır:
“Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 172 nömrəli müntəzəm marşrut xətti üzrə yayılan məlum videogörüntü tərəfimizdən araşdırılıb. Məlum məsələ ilə bağlı qanunvericilik çərçivəsində xətt üzrə müvəqqəti istismarçı “Ayşən LTD” şirkəti barəsində çox ciddi tədbir görüləcək.
Bu barədə ictimaiyyətə də məlumat veriləcək. Normadan artıq sərnişin daşınmasına yol verilməsi ciddi narahatlıq doğuran məqamdır. Ölkədə xüsusi karantin rejimi tətbiq edilən gün sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib, bir daha onlara mövcud vəziyyətdən irəli gələn tədbirlər barədə tapşırıqlar verilib. Xüsusi ilə gündəlik xəttə çıxan avtobusların sayının sərnişin axını və mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi tapşırılıb”.
Könül Cəfərli
Rəylər