Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
18 yaşlı tələbənin hamamda meyiti tapıldı
Bakıda kirayədə yaşayan tələbə oğlan faciəli şəkildə həyatını itirib.
Xezerxeber.az-ın məlumatına görə, Bakının Tolstoy küçəsi, 156 ünvanında kirayədə qalan beş gəncdən biri - Ramal Hüseynov hamamda dəm qazından boğulub.
Onlar Bakıya təhsil dalınca gəliblər. Beyləqan rayonu, Şahsevən kəndindən gələn bu gənclər təhsildən artıq qalan vaxtlarında da gecə növbəsində işləməyə başlayıblar.
Ramal hamamda aşkar olunanda özündə deyilmiş.
Məsələ ilə bağlı Baş Prokurorluqdan "Xəzər Xəbər"ə bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ramal Hüseynov Azərbaycan İdman Akademiyasının tələbəsi olub. O, İdman menecmenti və kommunikasiya ixtisası üzrə təhsil alırmış.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Bakıda dəm qazından boğularaq ölən Ramal Hüseynov Azərbaycan İdman Akademiyasının tələbəsi olub.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, o, akademiyada idman menecmenti və kommunikasiya ixtisası üzrə təhsil alırdı.
Aytac Qasımova
Bakıda 18 yaşlı oğlan dəm qazından ölüb.
"Qafqazinfo" xəbər verir ki, dünən saat 18 radələrində Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Ramal Cabir oğlu Hüseynovun meyiti Tolstoy küçəsi ev 156-nın hamam otağında tapılıb.
Orada kirayə qalan gəncin dəm qazından zəhərlənərək öldüyü bildirilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.