Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

182 nömrəli məktəbdə nə baş verib? - Şagirdlər təxliyə olundular
Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə tədris dayandırılıb və şagirdlər evə buraxılıblar.
Bakupost.az xəbər verir ki, buna səbəb məktəbdə yanğın təhlükəsinin yaranmasıdır.
Valideynlərə bununla bağlı xəbərdarlıq olunub.
Qeyd olunub ki, şagirdlər məktəbin bufetində kiçik tüstülənmənin olduğunu görərək qorxuya düşüblər. Məktəb rəhbərliyi ehtiyat tədbiri kimi şagirdləri evə buraxıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Zabratda avtomobil təmiri sexində yanğın baş verib
- İranın Bəndər-Abbas limanındakı yanğın nəzarətə alındı
- Nəsimi rayonunda "Kəndli yarmarkası"nın fəaliyyəti dayandırılıb
- Perinatal Mərkəzdəki yanğında zərərçəkən: "8 ildən sonra övladımız oldu, o da yanğında öldü"
- Rusiyanın Uruqvaydakı səfirliyində yanğın olub
Ən çox oxunanlar