Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
20 Yanvar faciəsi "Haber Global"ın obyektivində
"Bu gün qardaş Azərbaycanda matəm günüdür. 1990-cı ilin 20 yanvar tarixində Azərbaycan xalqı Bakıya daxil olan sovet tanklarının qarşısını kəsib, insanlar bədənlərini hərbi texnikanın qarşısında sipər etdilər. Nəticədə 147 nəfər şəhid oldu. 20 yanvar tarixi Azərbaycanın müstəqillik yolunda yeni mərhələnin başlanğıcı oldu".
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" televiziya kanalında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı yayımlanan süjetdə qeyd olunur.
Yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının nümayiş etdirdiyi qəhrəmanlıqdan söz açan müəllif qeyd edir ki, nəticədə bütün dünya baş Azərbaycan xalqının şanlı müqavimət dastanına şahidlik etdi.
"Yüzminlərlə azərbaycanlı o gecə yaşanan dəhşətli qətliama rəğmən, silahların kölgəsində Azadlıq meydanına çıxaraq şəhidlərini dəfn etdi", - deyə süjetdə qeyd olunur.
"20 Yanvar - Ümumxalq Hüzn Günü" teqi üzrə xəbərlər
- Yanvar şəhidinin xanımı: "Meyitin üzünü açmağa ürəyim gəlmədi, onu corabından tanıdım"
- Yazıçı Anar 20 Yanvar barədə: "Çox ağır hiss idi, çünki heç nə edə bilmirdik"
- Otuz beş ilin qaysaqlanmayan yarası: "Ayağımdan güllənin çıxarıldığı an işıqlar söndü"
- Qərənfil yetişdirənlər 20 Yanvarda yaşadıqlarını danışdılar
- Şuşa, Xocalı və Xankəndidə sükut anı: 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi
Rəylər