Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ceyhun Bayramov Azərbaycan və ABŞ arasındakı münasibətlərdən DANIŞDI
"Azərbaycan və ABŞ arasında münasibətləri hazırda xüsusi olaraq şərh etmək istəməzdim. Ümumilikdə, onu qeyd edə bilərəm ki, həm ABŞ-nin demokratlar administrasiyası, eyni zamanda, bir sıra Avropa paytaxtları tərəfindən 2024-cü ildə biz birtərəfli yanaşma, Ermənistana birtərəfli dəstək verilməsi faktlarını gördük".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Ötən il aprelin 5-də ABŞ-nin dövlət katibi, Avropa İttifaqı komissiyasının prezidenti və Ermənistanın baş naziri arasında görüş keçirilib. Onun tamamilə izahını vermək çətin idi. Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin çox intensiv bir mərhələsində özlərini vasitəçi kimi təqdim etməyə çalışan tərəflərin belə bir qərəzli yanaşması qəbuledilməzdir", - o əlavə edib.
Nazir qeyd edib ki, demokratların administrasiyasının həm də 2023-cü ildə birgünlük antiterror tədbirləri ilə Azərbaycan öz dövlət suverenliyini bərpa etdikdən qısa müddət sonra azadlığa dəstək aktına 907 saylı düzəlişə veto qoymaması və bununla Azərbaycanın müəyyən qədər cəzalandırılması niyyəti kimi qərəzli addımlarını gördük:
"ABŞ-də yeni prezidentin inaqurasiyasından sonra növbəti dörd il ərzində respublikaçılar hakimiyyətdə olacaqlar. Güman edək ki, biz yanaşma fərqini müşahidə edəcəyik. Ən azından, Azərbaycan ABŞ-nin normal, proqnozlaşdırılabilən, qarşılıqlı maraqlar, hörmət əsasında formalaşmış münasibətinin tərəfdarıdır".
Aygün Mirakif
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov "Serbiya Bayrağı" ordeni ilə təltif olunub
- Azərbaycan XİN başçısı Serbiyaya işgüzar səfərə yola düşüb
- Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub
- Ceyhun Bayramov ATƏT-in baş katibinə Ermənistanla normallaşma prosesi barədə məlumat verib
- Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşdü