"Hər il olduğu kimi bu il də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 20 Yanvar hadisələrinin 36-cı ildönümünə hazırlıq işləri başlanılıb".
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib.

O bildirib ki, bu məqsədlə Şəhidlər xiyabanında müxtəlif güllərdən ibarət kompozisiya yaradılır:
"Bununla bağlı əraziyə landşaft-dizaynerlər cəlb edilib, ərazi təmizlənib, yeni qazon örtüyü salınıb, zədələnmiş plitələr dəyişdirilib. Bununla yanaşı, xiyabandakı məşəl ətrafında təmir işləri aparılıb".





Daha çox foto burada: PhotoStock.az



Samir Əli