Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

20 yaşlı gənc qızın dəstəyə ehtiyacı var: "Bakıya qayıtmaq üçün pulumuz yoxdur"
20 yaşlı Ayselin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Səbinə Məmmədova məlumat verib.
O bildirib ki, övladı dörd dəfə beynindən əməliyyat olunub:
"Ayselin beş yaşı olanda qulağından çirk gəlməyə başladı, buna görə də əməliyyat olundu. Daha sonra vəziyyəti get-gedə pisləşməyə başladı. 2021-ci ilə qədər dörd dəfə beyin əməliyyatı keçirdi. Qulağının arxasında sümük olmadığı üçün ora implant taxılmışdı. Amma implant həm qırılıb, həm də şişdiyi üçün Aysel yenidən əməliyyat edildi. Əməliyyat zamanı qırılmış implant çıxarılıb, yerinə yeni implant qoyuldu".
Səbinə Məmmədova qızının müayinəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Biz dəfələrlə sizin saytın izləyicilərinin dəstəyi ilə Türkiyədə müayinələrdən keçmişik. Hazırda yenə Ankaradayıq. Ayselin son müayinəsi və geridönüş üçün biletlərimizi almağa, inanın, artıq əlimizdə pulumuz qalmayıb. Burada qaldığımız hər gün bizim üçün əlavə xərcdir. Qaldığımız evin hər gününə 80 manata yaxın ödəniş edirik. Son qulaq müayinəsindən keçməyə, dərmanları və biletlərimizi almaq üçün 1 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 700-07-92 ("WhatsApp"la).
"Leo Bank": 5411 2498 0785 0289.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ailənin yeganə övladı iki ağır xəstəlikdən əziyyət çəkir: Röyalın yaşaması üçün dəstəyə ehtiyacı var
- Ata qızına kömək üçün yalvarır: "Balamın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır"
- Ağır yanıq xəsarətləri alan körpənin anası: "Ağrıdan nə yemək yeyə, nə yata bilir"
- Ağır xəstəlikdən əziyyət çəkən doqquz yaşlı qızın yaraları iltihablayıb, müalicəyə ehtiyacı var
- Yeddi yaşlı Xəyalın anası: "Yalvarıram, balamı ölməyə qoymayın"