Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

20 yaşlı Rəvanın müalicələri üçün dəstəyə ehtiyacı var
20 yaşlı Rəvanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Sucayət Məmmədova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə iflicdir:
"Rəvanın 20 yaşı var. Doğulan gündən iflicdən əziyyət çəkir. Əvvəllər onun müalicələrini, masajlarını vaxtlı-vaxtında etsək də, indi buna imkanımız çatmır. Müalicələri etmədikcə vəziyyəti daha da ağırlaşır. 2016-cı ildə yoldaşım vəfat edib, həmin gündən isə vəziyyətimiz daha da ağırlaşıb. Son aylarda sizin izləyicilərin dəstəyi ilə Rəvanı fizioterapiyaya və müalicəyə apardım. Vəziyyəti yaxşıya doğru getdi, qıcolmaları azaldı. İndi təkrar qıcolmaları başlayır, bədəni quruyur".
Sucayət Məmmədova yardımsevər şəxslərdən dəstək istəyib:
"Biz Salyanda yaşayırıq. Rəvanın vəziyyətinə görə mən işləyə bilmirəm, ancaq onun pensiyası ilə dolanırıq. Hazırda müalicələr üçün 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 569-00-83.
Kapital Bank: 4169 7388 3091 4101.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Azyaşlı övladları olan ana ölümlə mübarizə aparır: Artıq uşaqlarını da tanımır
- Üç övladını eyni xəstəlikdən itirən ana yardım DİLƏYİR
- Bir övladını itirən ana yardım diləyir: "Yağmuru da itirməyə ürəyim dözməz"
- Üç yaşlı Zəhranın yardıma ehtiyacı var: Müalicə üçün 700 manat lazımdır
Rəylər