Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![2024-cü ildə bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb](https://images.oxu.az/2025/02/14/BnyaPcOo6Wyc5XggcpFX5a2K0ANjlDLutCwadFWq:1200.jpg)
2024-cü ildə bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb
Milli Məclisdə bələdiyyələrin işinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildəki fəaliyyəti haqqında məruzə müzakirəyə çıxarılıb.
Oxu.Az xəbər verir ki, məruzəni ədliyyə nazirinin müavini Toğrul Hüseynov təqdim edib.
Sənəddə qeyd olunub ki, keçən il ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 103 inzibati xəta haqqında protokol tərtib edilib, məhkəmələrə göndərilib.
Həmin müddətdə, həmçinin qanunvericiliyin tələblərinə zidd olan 74 bələdiyyə aktı ləğv edilib.
Bundan başqa, keçən il bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb.
Müzakirələrdən sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzə səsə qoyularaq təsdiqlənib.
![](https://img.youtube.com/vi/3wXiK5BDdRU/sddefault.jpg)
Mərahim Nəsib
"Bələdiyyə" teqi üzrə xəbərlər
- Tovuzda sabiq bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu
- Bəzi seçki məntəqələrində səsvermənin nəticələri LƏĞV EDİLİB
- Deputat: "İcra hakimiyyətinin xeyir-duası olmadan obyekt verilmir"
- Bələdiyyə üzvü seçildiyi üçün Qəbələdə qonaqlıq verdi - Hesabı ödəməyib qaçdı
- Türkiyədə cinayət təşkilatı ilə bağlı əməliyyat: Beşiktaş bələdiyyə sədri həbs olundu