Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ehtiyatda olan hərbçilər yaşayış yerini dəyişərkən məlumat vermədikdə cərimə olunacaqlar?
Milli Məclisdə İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb.
Oxu.Az xəbər verir ki, qanun layihəsinə Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrində baxılıb.
Layihəyə əsasən, ehtiyatda olan hərbçilərin yaşayış yerini dəyişərkən aidiyyəti üzrə məlumat vermədikdə cərimə olunmayacaqlar. Belə ki, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən, on gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə müəyyən edilən 30 manat məbləğində cərimədən azad ediləcəklər.
Layihə səsə qoyularaq qəbul edilib.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Ermənistan ordusu mövqelərimizi niyə davamlı atəşə tutur? - SƏBƏBLƏR AÇIQLANDI
- Vüqar Bayramov: "Mediasiya prosesinə daha çox sahələrin cəlbinə zəmin yaranıb"
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib
- Hicran Hüseynova: "Hər il təxminən 10 milyon insana altsheymer xəstəliyi diaqnozu qoyulur"
- Deputatdan təklif: "Səhiyyə sahəsində reklamın aparılması qəti qadağan edilsin"