2025-ci il ərzində BAKU.WS ölkə və dünya gündəmində olan xəbərləri operativ və dəqiq şəkildə izləyicilərinə çatdırmaqda davam edib.
Oxu.Az xəbər verir ki, izləyicilər dünya və ölkədə hər hansı yenilik baş verən kimi ilk olaraq xəbəri dəqiqləşdirmək üçün BAKU.WS-ə üz tutublar.
Bütün bunlar onunla nəticələnib ki, 2025-ci il ərzində BAKU.WS-in "Instagram" səhifəsi daha bir unikal göstəriciyə imza atıb.
2025-ci ildə BAKU.WS-in "Instagram" səhifəsində paylaşılan postları 17.5 milyon unikal insan ümumilikdə 1.9 milyard dəfə izləyib.
