2026-cı il fizika üzrə Nobel mükafatının qalibi məlum olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Nobelprize.org məlumat verib.

Məlumata görə, 2026-cı il fizika üzrə Nobel mükafatı Frensis Haltsenə "IceCube" Neytrino Rəsədxanasının işinə verdiyi həlledici töhfələrə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə verilib.
Belçikalı fizik Frensis Haltsen Madisonda (ABŞ) Viskonsin Universitetinin professoru və "IceCube" layihəsinin əsas elmi rəhbəridir.
Alim sübut edib ki, Cənub qütbündəki buzdan ələ keçməyən hissəciklərin - neytrinoların aşkarlanması və izlənməsi üçün istifadə etmək olar.
Onun rəhbərliyi altında Antarktidada uzaq kosmosdan siqnalları fiksasiya edən və bir kub kilometr həcmində unikal detektor qurulub.