Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

21 yaşlı gəncin həyatda qalması üçün dəstəyə ehtiyacı var
21 yaşlı Rəvanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Sücayət Məmmədova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə iflicdir:
"Rəvanın 21 yaşı var. Doğulan gündən iflicdən əziyyət çəkir. Əvvəllər onun müalicələrini, masajlarını vaxtlı-vaxtında etsək də, indi buna imkanımız çatmır. Müalicələri etmədikcə vəziyyəti daha da ağırlaşır. 2016-cı ildə yoldaşım vəfat edib, həmin gündən vəziyyətimiz daha da ağırlaşıb. Son aylarda sizin izləyicilərin dəstəyi ilə Rəvanı fizioterapiyaya və müalicəyə apardım. Vəziyyəti yaxşıya doğru getdi, qıcolmaları azaldı. İndi təkrar qıcolmaları başlayır, bədəni quruyur".
Sücayət Məmmədova yardımsevər şəxslərdən dəstək istəyib:
"Biz Salyanda yaşayırıq. Rəvanın vəziyyətinə görə mən işləyə bilmirəm, ancaq onun pensiyası ilə dolanırıq. Hazırda müalicələr üçün 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmağı xahiş edirik".
Ailə ilə əlaqə: (055) 569-00-83.
"Kapital Bank": 4169 7388 0916 1098.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yaş yarımlıq körpənin atası: "Fəhləlik edirəm, gücüm çatmır balama kömək olum"
- Bütün bədəni yanan Fəridin dəstəyə ehtiyacı var
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, sağalım"
- Atası atıb gedib, anası evlərdə təmizlik işləri görür: 10 yaşlı Məryəm təcili əməliyyat olunmalıdır
- Ağır yanıq xəsarətləri alan doqquzyaşlı Zaidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var