Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
25 yaşlı gənc qızın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
25 yaşlı Şəbnəmin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ulduz Əfəndiyeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflic və epilepsiya xəstəliyindən əziyyət çəkir.
"Şəbnəmin 25 yaşı var, anadangəlmə serebral iflic və epilepsiya xəstəliyindən əziyyət çəkir. Onun gündəlik içməli olduğu dərmanlar var, içmədiyi zaman vəziyyəti daha da ağırlaşır. Hazırda Şəbnəmin dərmanlarını almaq üçün 500 manata, masajlarını etdirmək üçün isə 1000 manata ehtiyacımız var. Onun masajları edilmədikcə, epilepsiyası daha da artır."
Ulduz Əfəndiyeva yardımsevər şəxslərdən dəstək istəyib.
"Mən özüm xadimə işləyirəm, bir də Şəbnəmin pensiyası ilə dolanırıq. İnanın, iki aydan çoxdur qaz pulunu ödəyə bilmirəm. 150 manat borcumuz var, gəlib qazımızı da kəsiblər. Evimiz buz kimidir, Şəbnəm xəstələnməsin deyə onu uşaq kimi bükmüşəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, müalicələr üçün övladıma yardım etmələrini xahiş edirəm".
Ailə ilə əlaqə: (010) 392-24-46.
Kapital Bank: 4169 7388 9075 1716.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Övladının müalicəsi üçün evini və dəyərli əşyalarını satan ana yardım istəyir
- 17 yaşlı Türkanənin vəziyyəti ağırdır: Yaraları irinləyib, təcili müalicəyə başlamalıdır
- Qaynar su dolu qazanı üzərinə aşıran Fatimənin dəstəyə ehtiyacı var
- Üç övladı da xəstə olan ana yardım diləyir: "Bəzən günlərlə yemək ala bilmirəm"
- İki ağır xəstəlikdən əziyyət çəkən Nurayın sizin dəstəyinizə ehtiyacı var
Rəylər