Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Xırdalan sakinləri Təcili Tibbi Yardımın qəbuluna niyə düşə bilmirlər?
Abşeron rayonu, Xırdalan şəhər sakinləri Təcili Tibbi Yardımın (TTY) qəbuluna düşməkdə çətinlik çəkmələrindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, TTY-yə zəng etdikdə operatorlar gec cavab verirlər, cavab verdikdə isə onlardan Xırdalan üçün başqa nömrəyə yığmaları istənilir.
Onlar qeyd ediblər ki, operatorun Xırdalan üçün verdiyi əlaqə nömrələrinin qəbuluna saatlarla düşmək olmur, düşəndə də briqadanın çağırışda olduğu və bir az gözləmələri istənilir.
Məsələ ilə bağlı Oxu.Az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, hazırda Xırdalan şəhəri üzrə TTY-nin telefon xətlərində problem yaranıb:
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Xırdalan şəhəri üzrə TTY xidmətinə müraciət etdikdə bir sıra hallarda zənglər Bakı şəhəri üzrə yerləşən "103" Çağrı Mərkəzinə daxil olur. Yaranan problem telefon xətləri ilə bağlıdır. Məsələnin həlli ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət olunub".
Aygün Mirakif
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Masazırda iki yaşayış kompleksinin YOL DƏRDİ: "Avtomobillərimiz sıradan çıxır"
- "Kənd vergi vermədiyi üçün yola asfalt çəkilmir" - RİH cavabdan yayındı
- "Bunu edirlər ki, torpağımızdan əlimizi üzək, özləri üçün obyekt tiksinlər" - Mülkiyyətçi ŞİKAYƏTİ
- Suraxanıda marşrut çatışmazlığı: "Hər gün taksidən istifadə etmək mümkünsüzdür"
- Bakıda təhlükəli vəziyyət: Sakinlər qorxu içində