Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

26 yaşlı Təhminə ağır xəstəlikdən əziyyət çəkir: Dəstəyə ehtiyacı var
26 yaşlı Təhminənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Vəkil Həsənov məlumat verib.
O bildirib ki, övladı Təhminə iki ildir qan xərçəngindən əziyyət çəkir:
"Bu iki ildə bir çox müalicələr etmiş olsaq da, onun səhhətində irəliləmə qeydə alınmayıb. Həkimlər onun təcili ilik nəqli əməliyyatı olmalı olduğunu dedi. Təhminə hazırda Türkiyədədir, o, iyun ayının 22-si bu əməliyyatı keçirməlidir".
Vəkil Həsənov Təhminənin qardaşının donoru olduğunu deyib:
"Təhminənin qardaşı hərbi xidmətdə idi. Bacısının vəziyyətinə görə icazə alıb, Türkiyəyə yollamışıq. Təhminənin donoru öz qardaşıdır. Bu əməliyyat üçün bizim 80 000 dollara (136 min manat) ehtiyacımız var. Biz bu məbləğin cəmi 31 000 manatını toplaya bilmişik. Yardımsevər şəxslərdən Təhminəyə dəstək olmaqlarını xahiş edirəm. O, çox dünyagörüşlü, perspektivli gəncdir. Xəstəlik onu öz cənginə alıb. Sizdən mənim övladıma dəstək olub, onu həyata qaytarmaqda bizə dəstək olmağınızı xahiş edirəm. İnanın bu vəziyyətdə bizim sizdən gələn 1-2 manata belə böyük ehtiyacımız var".
Ailə ilə əlaqə: (070) 318-58-30.
Kapital Bank: 5239 1517 7089 2720.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bir ailənin iki üzvü ağır xəstəlikdən əziyyət çəkir: Yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var
- Ailənin yeganə övladı iki ağır xəstəlikdən əziyyət çəkir: Röyalın yaşaması üçün dəstəyə ehtiyacı var
- Ata qızına kömək üçün yalvarır: "Balamın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır"
- Ağır yanıq xəsarətləri alan körpənin anası: "Ağrıdan nə yemək yeyə, nə yata bilir"
- Ağır xəstəlikdən əziyyət çəkən doqquz yaşlı qızın yaraları iltihablayıb, müalicəyə ehtiyacı var