1 iyun - təkcə yayın ilk günəşli günü deyil, həmçinin Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. “28 Cinema” bütün uşaqları bayram münasibətilə təbrik edir. Qoy hər bir uşağın ailəsi, evi və üzərində böyüklərin qayğısı olsun.
Oxu.Az xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü “28 Cinema” avropanın iri oyuncaq mağazası şəbəkəsi olan “The Entertainer”, “Promete Development” və “Lenovo brand shop Azerbaijan” ilə birgə uşaqlar üçün xeyriyyə bayramı keçirəcək. Bayrama uşaqlar evindən və yoxsul ailələrin uşaqları iştirak edəcək. Həmin gün uşaqlar üçün “Quzu Şon” cizgi filmi nümayiş olunacaq, fokusçu Anar isə əyləncə və gülüş qatacaq. Bundan başqa “The Entertainer” oyuncaq mağazası tərəfindən uşaqlara hədiyyələr təqdim olunacaq.
“28 Cinema” kinoteatrı bütün uşaqlar sağlamlıq və xoşbəxtlik arzulayır.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.
Aytən Sadıqzadə
www.oxu.az