Azərbaycanlı bilici Roman Orkodaşvili “Nə? Harada? Nə vaxt?”ın yay mövsümünün birinci oyununun Yelena Potaninanın komandasında qalibi olub.
Oxu.Az xəbər verir ki, gərgin mübarizədə oyun zamanı 2:5 hesabı ilə uduzan komanda sonda tamaşaçıları 6:5 hesabı ilə udub.
Roman Orkodaşvili qələbəyə həlledici töhvə verib. O, superblitsin üç sualına da cavab verib və komandanın ən yaxşı oyunçusu olub.
Tanınmış proqramın bu buraxılışının videosunu təqdim edirik.
Qeyd edək ki, yay mövsümünün ilk dörd oyunu seçim xarakterlidir. Dörd namizəd komanda payız mövsümünün oyunlarında bir yer üçün mübarizə aparacaqlar. Beşinci oyun – yay mövsümünün finalıdır. Yaz oyunlarının yekununa əsasən, Klubun ən yaxşı komandası qış oyunlarına çıxmaq üçün mübarizə aparacaq.