“28 Mall” Ticarət Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün əyləncə dolu tədbirlər keçirib.
Oxu.Az xəbər verir ki, ticarət mərkəzinin balaca qonaqları üçün iki gün ərzində - 31 may və 1 iyun tarixlərində “28 Mall”da maraqlı əyləncələr təşkil olunub. Tədbirdə həmçinin uşaqlar üçün sabunlu köpük şou, veniamin şou və çoxlu sürprizlər təşkil olunub.
Qeyd edək ki, “28 Mall” mütəmmadi olaraq müxtəlif bayram günlərində müxtəlif tədbirlər, sərgilər və layihələr təşkil edir.
“28 Mall”ın ümumi sahəsi 25.000 kvadratmetrdir. Mərkəzin ərazisində ticarət obyektləri ilə yanaşı Food Court (alış-veriş ticarət mərkəzlərində yemək üçün ayrılmış xüsusi bölmə) və restoranlar, 1200 nəfərlik kinoteatr və uşaqlar üçün əyləncə yeri də mövcuddur.
Aytən Sadıqzadə
www.oxu.az