“28 Mall” Ticarət Mərkəzində işçilər üçün yanğın təlimi insanları təşvişə salıb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bəzi sosial şəbəkələrdə və saytlarda “28 Mall”-da yanğın baş verməsi və insanların təcili olaraq çölə çıxarıldığı haqqında məlumatlar yazılıb.
Ticarət Mərkəzindən Gün.Az-a verilən məlumata görə, binada heç bir yanğın baş verməyib:
“Bu, sadəcə olaraq “28 Mall”-un işçiləri üçün yanğın təlimi idi. Biz bununla işçilərimizi baş verə biləcək bir hadisə qarşısında diqqətli olmaq və necə hərəkət etmək barədə məlumatlandırırdıq. Təlim zamanı həyəcan siqnalı verildi və müştərilər çölə çıxarıldı” – deyə, “28 Mall”-dan bildirilib.
