Bakı şəhəri üzrə Təhsil İdarəsi dünən Texniki-Humanitar liseyinin şagirdlərinin aksiya etməsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr Sektorundan Qafqazinfo-ya daxil olan məlumata görə, həmin liseyin valideynlərinin narazılığı V-X siniflər arasında aparılmış monitorinqin suallarının proqramdan kənar olması ilə bağlı olub:
“Bununla bağlı valideynlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş keçirilib. Razılığa gəlinib ki, monitorinqin suallarının dərs proqramına uyğunluğu yenidən yoxlanılsın”.