Azərbaycanlı teleaparıcı Hacı Nuran Hüseynov Almaniyanın Düsseldorf şəhərində yerləşən “Uniklinik“də müalicəsini davam etdirir.
Oxu.Az-ın məlumatına görə, aparıcı sosial şəbəkə vasitəsilə ziyarətinə gedən dostuna minnətdarlığını bildirərək, onu doğum günü münasibətilə təbrik edib:
“Uşaqlığın gözlərimin önündə keçib, o vaxtlar nədənsə böyüməyə tələsirdik. İllər elə tez ötdü ki... Artıq böyümüşük, həyatın yaxşı və pis üzünü görə-görə yaş üstünə yaş gəlir. İtirdiklərimiz varsa da, qazandıqlarımız da az deyil. Ziyarətimə gəldin, çox-çox minnətdaram, qısa da olsa məni bir neçə gün sevindirdin, özümü doğmalarımla birgə hiss etdim. Bu gün məni görə bilməsən də bil ki, yanındayam. Sənin kimi qardaşa sahib olduğum üçün özümü çox xoşbəxt hiss edirəm.
İnşallah, qismət olsa, Bakıda tez bir zamanda görüşmək ümidi ilə... Təki sağlıq olsun...”.
Xatırladaq ki, aparıcı xərçəng xəstəliyindən əziyyət çəkir.

Aytən Sadıqzadə
www.oxu.az