Metropoliten rəhbərliyi iyulun 1-dən stansiyanın bağlanması ilə bağlı qərar qəbul edib.
Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il sərəncamından irəli gələn tələblərin yerinə yetirilməsi və yenidənqurma işlərinin sürətləndirilməsi məqsədilə “28 May” stansiyasında aparılan yenidənqurma işlərinin növbəti mərhələsi çərçivəsində əsas çıxışın bağlanması artıq zərurətə çevrilib.
Oxu.az ANSPRESS-ə istinadan xəbər verir ki, Bakı Metropoliteninə istinadən verdiyi məlumata görə, stansiyanın Cəfər Cabbarlı meydanı istiqamətində olan əsas çıxışı iyulun 1-dən etibarən yenidənqurma işləri başa çatdırılana qədər bağlanacaq.
Müvəqqəti narahatlığa görə metropoliten rəhbərliyi sərnişinlərdən üzr istəyir.