Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“3-cü mikrorayon” dairəsində yol ötürücüsündə çatlar yarandı - FOTO
Nəsimi rayonunda körpüdə çatlar əmələ gəlib.
Belə ki, rayonun “3-cü mikrorayon” dairəsində yerləşən yol ötürücüsündəki betonlarda çatlar yaranıb.
Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, Bakı şəhəri və respublikanın avtomobil yollarında yerləşən mühəndislik qurğuları daim nəzarət altında saxlanılır:
“Əgər hər hansı problem yaranırsa, qısa müddət ərzində onun aradan qaldırılması istiqamətində işlər görülür. “3-cü mikrorayon” dairəsində yerləşən avtomobil körpüsündə heç bir problem yoxdur. Ola bilsin, betonun üzündə qopmalar, çatlar və ya boyada problem ola bilər. Amma texniki səbəblə bağlı heç bir problem yoxdur”.
Photostock.az sözügedən ərazidən fotolar lentə alıb.
İlhamə Əbülfət
Daha çox foto burada: Photostock.az