Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının Mühafizəsi Xidmətində yeni təyinat olub.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Avtomobil Yollarının Mühafizəsi Xidmətinin Bakı və Bakıətrafı yol mühafizəsi bölməsinin rəisi vəzifəsinə Riyad Paşayev təyin edilib.
Bu barədə AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Bakı və Bakıətrafı yol mühafizəsi bölməsinin rəisi Coşqun Qarayev olub. O, bir neçə ay əvvəl yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Coşqun Qarayev Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin direktoru, 70 yaşlı Əlövsət Qarayevin oğludur.
