Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![4 milyonluq POZUNTU: Zaur Hüseynovun dövrü TƏFTİŞ EDİLDİ](https://images.oxu.az/2025/02/14/hVid50z9e8HarNhdsSXLKxdvWFJRdvDkOXhbarKb:1200.webp)
4 milyonluq POZUNTU: Zaur Hüseynovun dövrü TƏFTİŞ EDİLDİ
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu var.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, QSC-nin sədri Vüsal Aslanovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1 721 212.03 manat vergi borcu yaranıb.
Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda aparılan səyyar vergi yoxlamaları zamanı "Bakı Metropoliteni" QSC barəsində 3 985 391.5 manat maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, 20.12.2024-cü il tarixində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov vəzifəsindən azad edilib, yerinə Vüsal Aslanov təyin olunub. Yoxlamalar Zaur Hüseynovun vəzifədə olduğu dövrü əhatə edib.
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Bəzi metro stansiyalarına yeni adlar veriləcək
- Oksford Universitetinin tələbəsinə "Bakı Metropoliteni"ndə yüksək VƏZİFƏ VERİLDİ
- Bakı metrosunda vaqonun tavanından su axmasının SƏBƏBİ BİLİNDİ
- Yeni inşa olunacaq metro stansiyaları ilə bağlı açıqlama
- Bəxtiyar Məmmədov: "Həzi Aslanov" stansiyasının dalanı təmir üçün hazır vəziyyətə gətirilib"
Rəylər