Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

4 nəfərlik ailəyə nə qədər pul lazımdır?
Ölkədə maaşlar bölgələr üzrə kəskin fərqlənir.
Son məlumata görə, Xankəndidə orta aylıq əməkhaqqı 1 771, Bakıda 1 258 manat olsa da, Qaxda bu göstərici 532 manatdır.
Bununla belə, 2024-cü ildə yaşayış minimumu ölkə üzrə 270 manatdır.
Bu göstəriciyə əsasən, minimum yaşayış səviyyəsi üçün ay ərzində əməkqabiliyyətli şəxslərə 287, uşaqlara 235, dörd nəfərdən ibarət ailə üçün isə minimum 1 044 manat pul lazımdır.
İqtisadçı Rəşad Həsənov bildirib ki, hökumətin əsas hədəflərindən biri minimum əməkhaqqı səviyyəsinin orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması istiqamətində idi:
"Bu da təxminən hazırkı dövr üçün 600-650 manat olması anlamına gəlirdi. Amma hələlik bu göstəriciyə nail olmaq mümkün olmayıb".
Ekspert, həmçinin yaşayış minimumu göstəricisinin müəyyən olunmasında nöqsanlar olduğunu deyir. O hesab edir ki, bu göstərici əməkqabiliyyətli əhali üçün 400-450 manatdır. Lakin rəsmi göstəriciyə əsaslandıqda belə ölkədə minimum əməkhaqqı 600 manat təşkil etməlidir.
Qeyd edək ki, hazırda minimum əməkhaqqı 345 manatdır. 2025-ci ildə isə bu rəqəmin 400 manata çatdırılması nəzərdə tutulur.
Daha ətraflı Baku TV-nin materialında:

"Minimum əməkhaqqı" teqi üzrə xəbərlər
- Müavinət və təqaüdlər yaxın aylarda ARTIRILACAQ - Rəsmi
- Minimum əməkhaqqı artdı: Fərdi sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər?
- Minimum əməkhaqqı artımı: Maaşlara neçə faiz tətbiq ediləcək?
- Himalay Məmişov: "Əməkhaqqının artımı formal məşğulluğa təsir edir"
- Himalay Məmişov: "700 mindən çox şəxsin əməkhaqqısı artırılacaq"