Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanılıb
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Oxu.Az-ın məlumatına görə, 4 Saylı Qadın Cəzaçəkmə Müəssisəsində sərəncam 12 nəfər qadına şamil olunub.
Onlardan 11 nəfərə arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb. Bir nəfərin isə cəzası yarıya endirilib.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub.
Könül Cəfərli
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar