Ötən günlərdə Mirismayıl balanın əməliyyata ehtiyacı olduğu barədə paylaşım etmişdik.
Oxu.Az-ın məlumatına görə, paylaşımlardan sonra 4 yaşlı Mirismayılın əməliyyatı üçün lazım olan məbləğ toplanıb və o, gözündən əməliyyat olunub.
Uşağın atası Mirvaleh Ağalarovun sözlərinə görə, həkimlər əməliyyatın uğurla keçdiyini bildirib:
“Əməliyyatdan sonra Mirismayıla 4 ay müddətinə Türkiyədə müalicə yazıblar. Toplanan məbləğ əməliyyata və dərmanlarına xərclənib. Övladıma kömək olan hər kəsə təşəkkür edirəm. Son müalicədə də bizə dəstək olmalarını xahiş edirəm”.
Könül Cəfərli