Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
40 ildir yolu bərbad halda olan kənd - VİDEO
Göyçayın ən böyük kəndlərindən olan Yeniarx kəndində gediş-gəliş müşkülə çevrilib.
Rayon mərkəzindən 10-15 km aralıda yerləşən kəndin sakinləri deyir ki, sovetlər dönəmində salınan yol bu günədək bir dəfə də olsun təmir olunmayıb.
Kənddə yaşayan 3 minə yaxın sakin mütəmadi olaraq bu yoldan istifadə etmək məcburiyyətindədir. Gedib-gələnlərin kabusuna çevrilən yol şagirdlərin də gününü qara edib.
Məsələ ilə bağlı Yeniarx kənd icra nümayəndəsi Əhməd Məmmədov bildirib ki, məsələdən xəbərdardırlar.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, sözügedən kənd yolu təmiri nəzərdə tutulan yolların siyahısındadır və maliyyə vəsaiti ayrılan kimi təmir işləri həyata keçiriləcək.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Rəylər