Bakıda 47 yaşlı kişi dəm qazından ölüb.
Oxu.Az xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonunda baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Elgün Cərulla oğlu Babayev yaşadığı ünvanda yerləşən yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.